"Cenoa"nın baş məşqçisi Andrey Şevçenko koronavirusa yoluxub.
Genuya təmsilçisinin rəsmi saytı ukraynalı mütəxəssisin karantinə alındığını xəbər verib. Təcrid müddəti bitənədək komandanı məşqlərə onun köməkçisi Mauro Tassotti çıxaracaq.
Daha əvvəl "Cenoa"nın kapitanı Domeniko Krişitonun COVID-19 testi müsbət çıxıb. Xatırladaq ki, Şevçenko bu ilin noyabrında "Cenoa"ya baş məşqçi təyin olunub.