"Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov "Neftçi TV"nin qonağı olub.
39 yaşlı mütəxəssis "Unudulmaz xatirələr" verilişində kumiri olduğu futbolçu və azarkeşlik etdiyi Avropa klubu haqda danışıb:
"Erik Kontana mənim kumirimdi. Devid Bekhemi də bəyənirəm. "Ümumiyyətlə, "Mançester Yunayted"i sevdiyimdən bu komandanın "7" nömrələrinə hər zaman xüsusi simpatiyam olub. Amma əsas kumirim Kantona idi".