“Lester” – “Liverpul” oyununun 16-cı dəqiqəsində premyer-liqaya könül verənlərin öyrəşmədiyi hadisə baş verdi: Məhəmməd Salah penaltini qola çevirə bilmədi. Misirli penaltini özü qazanmışdı – Ndidi onu cərimə meydançasında yerə sərmişdi.

“Nöqtə”yə yaxınlaşan Salah topu Kasper Şmeyheldən sağ tərəfə göndərdi və ...danimarkalı məhz ora tullandı.

Bu epizodun dramatik davamı oldu. Salah qapıçıdan dönən topu boş qapıya göndərmək üçün havaya qalxdı. Ancaq yenə də alınmadı – tir! Təbii ki, qapıçının köməyinə çatan “Lester” oyunçuları bundan sonra qola imkan vermədilər. Beləliklə, Şmeyhel Salahın möhtəşəm seriyasına son qoydu: “Liverpul”un forvardı buna qədər premyer-liqada ardıcıl 15 penaltini qola çevirmişdi. Onun qurbanı olan komandaların ardıcıllığı: “Haddersfild”, “Nyukasl”, “Arsenal”, “Brayton”, “Arsenal”, “Tottenhem”, “Vest Hem”, “Lids”, “Lids”, “Vest Hem”, “Mançester Siti”, “Fulhem”, “Mançester Siti”, “Çelsi”, “Aston Villa”.

Bu, Salahın premyer-liqada boşa verdiyi 2-ci penaltidi. İlk belə bəxtsizlik (həm də misirlinin İngiltərə çempionatında ik penaltisi idi) 2017-ci il oktyabrın 28-də - “Haddersfild”lə oyunda yaşanmışdı. Onda qapıda Yonas Lessl dayanmışdı – yeri gəlmişkən, o da danimarkalı idi. Həmin vaxtdan bəri Məhəmmədin penalti nöqtəsindən zərbələrinin qarşısında Bernd Leno, Lukaş Fabyanski, Ederson və Emiliano Martines kimi usta qapıçılar dayana bilməyib. Bu başqa məsələ ki, Şmeyhelin penaltilərlə bağlı xüsusi bacarığı var: indiyə qədər premyer-liqada qapısına təyin olunan 39 penaltidən yeddisini dəf edib. Yeri gəlmişkən, Salah sentyabrda “Milan”la Çempionlar Liqasının oyununda da penaltini boşa vermişdi.

Kiçik Şmeyhel iddia edir ki, Salahın zərbəsini dəf etməyə hazırlaşarkən intuisiyasına güvənib (“hisslərimə etibar etdim”). “İngiltərə, İngiltərə” “teleqram” kanalı isə qapıçı Ben Fosterlə bağlı maraqlı tarixçəni paylaşıb:

“Liverpul” yaxınlarda Fosterin “Uotford”unu darmadağın etdi (5:0). Oyundan sonra Benə yaxınlaşan Salah soruşub ki, “penalti vursaydım, hansı küncə tullanardın?” Ardından Fosterin cavabı gəlir: “o bu sualı verən kimi öz-özümə dedim ki, Məhəmməd, axı sən ağıllı adamsan. Biz oyunlara hazırlaşırıq, bütün qapıçılar hücumçuları öyrənirlər. Onların son 4 və ya 10 penaltini hansı istiqamətə vurduqlarına baxırıq. Məsələn, Salah son 5 penaltini qapıçıdan sağ tərəfə vurub. Odu ki, belə cavab verdim: sağa, çünki son 5 zərbəni ora vurmusan”.


Yeri gəlmişkən, 2-ci hissədə də Salahın oyunu yaxşı alınmadı. Əvəzində sonradan meydana çıxan Lukmen “Lester”ə qələbə qazandırdı.


Son xəbərlər

Braziliya Xorvatiyanın rəqibi oldu - YENİLƏNİB

"Sabah"ın futbolçusu karyerasını Türkiyədə davam etdirəcək? - Meneceri açıqladı

Alisson üçün ilk

Xorvatiyanın qeyri-adi seriyası davam edir

"O, sualı verdiyim anda üzümə zərbə endirdi" - Sebalyosla Kamran arasında niyə dava düşüb?

Azərbaycan çempionatının qarışıq komanda yarışlarına yekun vuruldu

Xorvatiya 1/4 finala belə yüksəldi - VİDEO

"Ştutqart"da yeni baş məşqçi

"Neftçi-2"dən minimalhesablı qələbə - VİDEO

DÇ-2022-də ilk

Perişiç 2-ci pilləyə yüksəldi

Lökbatanda 3 qol - VİDEO

FİFA Serbiyaya qarşı iş açıb

"Qarabağ"la oyunda son illərin ən zəif və aciz "Neftçi"sini izlədik"

"Araz Naxçıvan"dan səfər qələbəsi - VİDEO

İspaniya millisində ayrılıq

"Advokat" beynəlxalq turnirdə iştirak edəcək

Portuqaliyalılar Ronaldonu istəmirlər

Mahmud Qurbanovdan odlu-alovlu açıqlamalar: "Bizim komandanı "sındırırlar"

"Zaqatala" son dəqiqə qolu ilə büdrədi - VİDEO

Yuri Tielemans İspaniya nəhənginin hədəfində

"Azərreyl" oyunları ölkə xaricində keçirəcək

"Qaradağ Lökbatan" və "Araz Naxçıvan"dan qələbə

"Real"ın sabiq yarımmüdafiəçisi ilə Azərbaycan klubu maraqlanır

İspaniya mətbuatı Ronaldonun yeni klubun adını açıqladı

Lebron Ceymsdən Devisə tərif

Voleybolçumuz Macarıstanda ən yaxşı seçildi

Qapko Avropa nəhənglərinin hədəfində

Azərbaycan derbisinə fərqli baxış

İdman hüquqşünası: "Qarabağ"ın azarkeşlərinin məsuliyyətə cəlb olunması əsassızdı"

"Kimsə Ronaldonun yanında öskürdü deyə penalti təyin etdilər"

FIFA DÇ-2026 üçün variant düşünür

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirildi

"Sumqayıt"ın 197 günlük həsrəti başa çatdı

"Neftçi" ilə oyun Zubir üçün əlamətdar olub

Ayaz Quliyevlə bağlı "Neftçi"ni sevindirəcək XƏBƏR

"Mbappe ilə oynamaq ləzzətlidi" - Jiru

Rapid yarışının qalibləri məlum oldu

Rahid Əmirquliyev adını "Səbail"in tarixinə yazdırdı

3 matça təcili tibbi yardım gecikdi, klublar cəzalandı

Ölkə kubokunun sahibləri müəyyənləşib

"Neftçi" - "Qarabağ" matçı bu göstəriciyə görə mövsümdə ikinci oldu

Bütün xəbərlər