"Real" 4 ciddi itki üz verib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb. Mənbədə Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua, yarımmüdafiəçilər Federiko Varverde, Eduardo Kamavinqa və hücumçu Vinisius Junyorun koronavirusa yoluxduğu qeyd olunub.
Qeyd edək ki, "Real" İspaniya çempionatının 20-ci turu çərçivəsində yanvarın 2-si səfərdə "Xetafe"ilə üz-üzə gələcək.