Neymar Liqa 1-in “Sent-Etyen” ilə keçirilən oyununda aldığı zədəsini sağaltmaqda davam edir.
"Football-plus.az" saytının məlumatına görə, noyabrın 28-də PSJ-nin səfərdə 3:1 hesabıyla qalib gəldiyi matçın son dəqiqələrində sol ayaq topuğu ciddi xəsarət alan hücumçu hələ təxminən 4-5 həftə də yaşıl meydanlara həsrət qalacaq. Bu isə braziliyalı futbolçunun sıraya gələn il yanvarın sonuna yaxın dönəcəyi deməkdi. Yeri gəlmişkən, Neymar bu mövsüm Fransa çempionatında 10 oyunda 3 qol vurub.