Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
"Football-plus.az" saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvü Azər Salahlı ilə 2,5 illik müqavilə bağlanıb. 27 yaşlı müdafiəçi komandamızın heyətində 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Azər Salahlı “Keşlə” (2012-2015, 2018-2021), “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) klublarında çıxış edib.