Varşavada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub.
Yarışda Azərbaycanı 12 qrossmeyster təmsil edib.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayıb. Onların arasında ən yaxşı nəticəni Məmmədyarov göstərib. 36 yaşlı qrossmeyster 9 xalla səkkizinci olub. Məmmədov (7 xal) 76-cı, Muradlı (6,5 xal) 91-ci, Babazadə (6 xal) 109-cu, Durarbəyli (6 xal) 118-ci, Süleymanlı (5,5 xal) 128-ci, Əsədli (2,5 xal) 169-cu yeri tutub.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Burada isə ən yaxşı nəticəyə 7,5 xalla 12-ci olan Gülnar Məmmədova imza atıb.