Stefano Sensi A seriyasında “Torino” üzərində qələbəyə (1:0) doyunca sevinə bilməyib.
“İnter”in oyunçusu çempionat matçında çıxış edərkən evi qarət olunub. “Qazzetta dello Sport”un yaydığı xəbərə görə, oğrular evə mətbəxin pəncərəsindən daxil olublar. Onların Stefanoya və həyat yoldaşına məxsus, 70 min avro dəyərində olan saatı və başqa qiymətli əşyaları oğurladıqları bildirilib. Sensilər ailəsinə ümumilikdə təxminən 200 min avro ziyan vurulduğu məlum olub.