“
“FourFourTwo” 2021-ci ilin ən yaxşı məşqçilərinin siyahısını tərtib edib.
Siyahıya 50 mütəxəssisin adı salınıb. Böyük Britaniya nəşrinin illik reytinqinə Xosep Qvardiola başçılıq edir. İspaniyalının çalışdırdığı “Mançester Siti” bu il İngiltərə çempionatında və Liqa kubokunda qalib gəlmiş, Çempionlar Liqasının (ÇL) finalına qədər irəliləmişdi.
“FourFourTwo”nun reytinqində 2-ci yeri Tomas Tuxel tutub. Almaniyalı mütəxəssis “Çelsi”ni ÇL-də və Avropa Superkubokunda qələbəyə daşımışdı. 3-cü yerə isə “Liverpul”u çalışdıran Yürgen Klopp layiq bilinib. Siyahının ilk “10-luğ”una bu mütəxəssislər də düşə biliblər: Antonio Konte (İnter/Tottenhem), Hans-Diter Flik (“Bavariya”/Almaniya yığması), Roberto Mançini (İtaliya yığması), Dieqo Simeone (Atletiko), Yulian Naqelsmann (Leyptsiq/Bavariya), Qaret Sautqeyt (İngiltərə yığması), Maurisio Poçettino (PSJ).