• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futzal Federasiyası Alesionun istəyinə qarşı çıxıb? - AÇIQLAMA

Aktual / İdman / Yığma

29-12-2021, 17:0

Gələn ay Niderlandda futzal üzrə Avropa çempionatı keçiriləcək.

Final mərhələsində iştirak edəcək milli hazırlıq çərçivəsində dekabrın 18-i və 19-da Bakıda Ukrayna ilə yoxlama görüşündə gücünü sınamışdı. Hər iki matç qonaqların qələbəsi ilə yekunlaşmışdı. İlk görüşdə 0:4 yenilən Joze Alesio da Silvanın komandası ikinci qarşılaşmada 1:5 hesabı ilə uduzmuşdu.

Nəticə bir tərəfə, yığmanın ukraynalılarla görüşlərdə bərbad çıxışı, bəzi futzalçıların fiziki cəhətdən çatdırmaması, komandanın taktiki planda zəif təsir bağışlaması qitə çempionatında fiaskoya uğrayacağımızdan xəbər verir. Ukrayna ilə oyunlardan sonra mətbuata açıqlama verən braziliyalı mütəxəssis komandanın çoxdan bir araya gəlmədiyini, fiziki cəhətdən axsadıqlarını və bu üzdən hər iki matçdan məğlub ayrıldıqlarını söyləmişdi. Bəs görəsən, yığmanın kapitanı, təcrübəli Rizvan Fərzəliyev qarşıdakı Avropa çempionatı barədə nə düşünür, yığmanın qrupdan çıxmaq perspektivini necə dəyərləndirir?

Rizvan bizimlə söhbətə Ukrayna ilə matçlardan başladı:

“Təbii ki, qısa toplanışın ardından yığma Ukrayna ilə görüşə tam hazır ola bilməzdi. Məhz bu səbəbdən onlara hər iki oyunda yenildik. Məğlubiyyətlərə baxmayaraq, məqsədimiz Avropa çempionatına hazır yollanmaqdı. Yığma üzvlərinin bəzilərinin başqa ölkələrdə çıxış etdiklərini və komandanın xeyli vaxtdı bir araya gəlmədiyini nəzərə alsaq, qüsurları anlayışla qarşılamalıyıq. Ukrayna bizdən əvvəl bir neçə yoxlama görüşü keçirmişdi. Heyətdə yer alanların əksəriyyəti klubda da bir yerdə oynayır. Düzdü, bizdə də yığmanın bazasını “Araz Naxçıvan”ın futzalçıları təşkil edir. Ancaq Fransa və İspaniyada çıxış edən futzalçılarımız var ki, onlar təxminən 7 aydı komandadan ayrı düşüblər. İnanıram ki, Niderlanda gedənə qədər anlaşma baxımından çatışmazlığı aradan qaldırmağı bacaracağıq”.

Kapitan millinin yer aldığı D qrupunu dəyərləndirdi, İspaniyanın favorit olduğunu söylədi:

“Qrupumuz çox güclüdü. Hər üç rəqiblə ciddi rəqabətimiz olacaq. Qrupun favoritinin İspaniya olduğu heç kimə sirr deyil. Onların səviyyəsi barədə uzun-uzadı danışmağa dəyməz. İspanlar indiyədək 7 dəfə Avropa çempionu olublar, böyük turnir təcrübələri var. Gürcülər ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar. Bu üzdən özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bosniya və Hersoqovina qitədə tanınan yığmalardandı. Çox əzmkar, sona qədər oynamağı bacaran kollektivdi. Bunları nəzərə aldıqda hər üç qarşılaşmanın bizim üçün finala bərabər olacağını düşünürəm. Çalışacağıq ən azı qrupdan çıxaq. Buna komandamızın gücü çatar və ümid edirəm ki, ilkin hədəfə çatacağıq”.


Millinin baş məşqçisi Ukrayna ilə matçlardan sonra komandanın 7 aydan sonra bir araya gəldiyini xüsusi vurğulayırdı. Sanki braziliyalı kiməsə nəyisə işarə edirdi. Alesio qəzetimizə açıqlamasında da qitə çempionatı ərəfəsində yoxlama görüşlərinin azlığından, Bakıda qısamüddətli toplanışın lazımi effekt verməməsindən söhbət açmışdı. Bizə çatan məlumata görə, braziliyalı federasiya rəhbərliyinə Niderland səfəri ərəfəsində ən azı 3-4 rəqiblə qarşılaşmaq istədiyini bildirib. Ancaq rəsmilər ona deyiblər ki, səfərə çıxmağa vəsait yoxdu. Ukrayna ilə yoxlama matçı da ona görə baş tutub ki, qarşı tərəf Bakıda oynamağa razılıq verib. Fərzəliyevlə söhbətdə bu məqama da toxunduq. Kapitan əvvəlcə “bu barədə danışmaq istəmirəm, üzürlü sayın” desə də, sonradan fikrini dəyişdi:

“Bu mənə aid məsələ deyil. Mənim işim toplanışda iştirak etmək, oyun zamanı komandama kömək etməkdi. Biz plan üzrə hərəkət edirik. Həm də tam heyətlə hansısa oyunda, toplanışda iştirak edə bilməyəcəyiksə, həmin oyunu və ya toplanışı keçirməyin nə mənası var? Yenə deyirəm, aparacı oyunçularımız ölkə xaricində çıxış edir. Onların şərəfini qoruduğu klubların çempionat oyunları var idi. Baş məşqçi bu amili də nəzərə alıb”.


Sonda onu da bildirək ki, Alesionun komandası yanvarda daha bir yoxlama oyunu keçirəcək. Milli yanvarın 17-də Belçikanın Borxloon şəhərində meydan sahibləri ilə qarşılaşacaq, Avropa çempionatının final mərhələsinin keçiriləcəyi qonşu Niderlanda məhz bu oyundan sonra yollanacaq.

RƏŞAD, "Futbol+" qəzeti üçün

Oxunub: 333
Paylaş:
Digər xəbərlər

Aktual / İdman / Manşet

30-01-2022, 15:0

Futzal millimizdə yeni baş məşqçi - ÖZƏL

Yazarlar

21-12-2021, 14:0

Federasiya və baş məşqçinin məsuliyyəti - KÖŞƏ

İdman

19-01-2022, 15:0

Sabiqlər Niderlandda uğurlu çıxışa inanır? - AÇIQLAMA

Aktual / İdman / MÜSAHİBƏ

1-02-2022, 21:0

Namiq Məmmədkərimov Alesionu günahlandırdı - MÜSAHİBƏ

İdman

7-12-2021, 11:0

Milli komandanın heyəti açıqlandı

Aktual / İdman / MÜSAHİBƏ

10-12-2021, 14:0

Joze Alesio Da Silvanın təklifinə iki ildi baxılmır - MÜSAHİBƏ

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:49
    ''Liverpul''da nə baş verir?
  • Dünən, 23:30
    Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq” - LAYİHƏ
  • Dünən, 23:15
    Azar ''Real''da 18-ci dəfə zədələndi!
  • Dünən, 22:45
    Paytaxt klubunda istefa
  • Dünən, 22:30
    ''Xərçəng''ə qalib gəldikdən sonra ilk qolunu vurdu
  • Dünən, 22:15
    Messi yenə Ronaldonu qabaqladı
  • Dünən, 22:02
    Mütəxəssislər İlqar Qurbanovun fikirlərinə münasibət bildirdi
  • Dünən, 21:50
    "Neftçi"nin ev qələbəsi - VİDEO
  • Dünən, 21:30
    Laurentsiu Regekampf: "Belə sözləri şərh edə bilmərəm"
  • Dünən, 21:15
    Samir Abasov: "Getdikcə daha güclü olacağıq"
  • Dünən, 20:50
    İspaniya futbolunun çirkli tərəfi - TƏHLİL
  • Dünən, 20:32
    “Zirə” - “Qəbələ matçında sülh, “Neftçi”dən qələbə - YENİLƏNİB
  • Dünən, 20:15
    İstanbulda kimin seriyası qırılacaq?
  • Dünən, 19:51
    Məsut Özil karyerasını bitirdi?
  • Dünən, 19:29
    Zirədə bərabərlik - VİDEO
  • Dünən, 19:08
    Azarkeşlər söyüş söydü, polis müdaxilə etdi
  • Dünən, 18:55
    Rəşad Sadıqov: "Artıq şərh etmək üçün adam söz tapmağa çətinlik çəkir"
  • Dünən, 18:30
    Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"
  • Dünən, 18:10
    Verrattinin aqibəti məlum oldu
  • Dünən, 17:50
    Beyl qolf karyerasına başladı!
  • Dünən, 17:30
    Messi rəhbərliklə görüşmək istəmədi
  • Dünən, 17:10
    “Yuventus” daha 20 xal itirə bilər
  • Dünən, 16:51
    Heytinqanın təyinatı rəsmiləşdi
  • Dünən, 16:30
    "Lester"dən 17 milyonluq transfer
  • Dünən, 16:15
    "Neftçi"də daha bir itki
  • Dünən, 15:55
    Tete yenə icarəyə verildi
  • Dünən, 15:30
    Dyenqin yerini Vitinya tutdu
  • Dünən, 15:15
    “Sevilya” Xil və Geye ilə gücləndi
  • Dünən, 14:51
    Eşbi gəldi, Darlou getdi, Karius qaldı
  • Dünən, 14:30
    Klubu dəyişsələr də, Londonda qaldılar
  • Dünən, 14:11
    “Barselona”dan Portuqaliyaya yollandı
  • Dünən, 13:54
    “Tottenhem”dən “Atletiko”ya keçdi
  • Dünən, 13:21
    “Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
  • Dünən, 12:55
    İlk peşəkar klubuna döndü
  • Dünən, 12:30
    55 yaşlı Miura 24 ildən sonra Avropaya qayıtdı
Daha çox
Oxunub: 7 202
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 434
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 1 958
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 917
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 867
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 706
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə