2022-ci ildə keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeri və vaxtı açıqlanıb.
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç qurumun rəsmi saytına açıqlama verib.
O bildirib ki, dünya şahmat tacı uğrunda növbəti görüşün iştirakçısını müəyyən edəcək turnir iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq.
Hazırda 6 şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanıb. Onların arasında Azərbaycan təmsilçisi Teymur Rəcədbov da var.