Uzun illər ''Qalatasaray''ın şərəfini qorumuş, 6 çempionluq, eləcə də UEFA kuboku və Avropa superkubokunu qazanmış Ərgun Pənbə uzun müddət başçılığı altında oynadığı Fatih Terimdən şikayətlənib.
O, ''NTV Spor''a verdiyi açıqlamada Terimin indiyə qədər bir dənə də olsun məşqçi yetişdirmədiyini deyib. Futbolçu karyerasını 2008-də başa vuran 50 yaşlı Pənbə məşqçi kimi əsasən aşağı liqa klublarını çalışdırıb. ''İnəgölspor'', ''Girəsunspor'', ''Ərciyəsspor''da işləyən mütəxəssis ən son bu mövsümün əvvəlində ''Tarsus İdman Yurdu''dan ayrılmalı olmuşdu. Ərgün Pənbəni dinləyək:
''Fatih Terim sonuncu dəfə ''Qalatasaray''a gəldiyi 2017-ci ildə mənə köməkçi kimi işləməyi təklif etdi. Ancaq mən baş məşqçi olmaq istədiyim üçün təklifi geri çevirdim. Mən zatən Fatih hoca ilə uzun illər çalışaraq başçılığı altında oynamışam. Ondan ala biləcəyim hər şeyi almışam. Daha nə ala bilərəm ki? Həm də uzun illərdi onun yanında çalışan məşqçilərin olduğunu görürük. Onların hansı sonradan baş məşqçi kimi uğur qazanıb? Terim hansı məşqçini yetişdirib? Varmı elə birisi? İndiyə qədər olmayıb! Bir neçə il öncə mənə ''Qalatasaray''ın aşağı yaş qruplarından birində çalışmaq təklifi gəldi. Mənim Pro lisenziyam var. Gənclərlə yox, əsas komandalarda işləmək istəyirəm. ''Qalatasaray''ı təbii ki, çalışdırmaq istəyərəm. Amma ora doğru zamanda yollanmaq istərdim''.