Neymar Liqa 1-in “Sent-Etyen” ilə keçirilən oyununda aldığı zədəsini sağaltmaqda davam edir.
Noyabrın 28-də PSJ-nin səfərdə 3:1 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində sol ayaq topuğu ciddi xəsarət alan hücumçu hələ təxminən 4-5 həftə də yaşıl meydanlara həsrət qalacaq. Bu isə braziliyalı futbolçunun sıraya gələn il yanvarın sonuna yaxın dönəcəyi deməkdi. Yeri gəlmişkən, Neymar bu mövsüm Fransa çempionatında 10 oyuna 3 qol vurub.