“Yuventus”un Kriştiano Ronaldo ilə əməkdaşlığının kluba hansı məbləğə başa gəldiyi məlum olub.
“Qazzetta dello Sport”un məlumatına görə, ulduz futbolçu üç il ərzində “Yuventus”u 277 milyon avro xərcə salıb. Bu rəqəm son 5 il ərzində turinlilərin sıralarında olan istənilən oyunçunun göstəricisindən əhəmiyyətli dərəcədə çoxdu. Məsələn, komandada 2016-20-ci illərdə oynayan Qonsalo İquayn klubu 122 milyon avro xərcə salıb. Duqlas Kosta “Yuve”yə 87 milyon, Federiko Bernardeski 73 milyon, Aaron Remzi 44 milyon, Marko Pyatsa 32 milyon, Adrien Rabyo isə 29 milyon avroya başa gəlib.