“Qarabağ”a yeni və daha səviyyəli qapıçı lazım olması xeyli vaxtdı gündəmdədi.

Həm azarkeşlərin, həm də mütəxəssislərin yekdil rəyi belədi ki, premyer-liqada çempionluq uğrunda yarışan, avrokuboklarda mübarizəyə davam edən komandanın “çərзivə qoruyucusu” ilə bağlı problemi var. Əlbəttə, nə Şahruddin Məhəmmədəliyevin, nə də Emil Balayevin səviyyəsini şübhə altına alıram. Dağıstanlı qapıçı yüksək fiziki göstəriciləri, uca boyu ilə öyünə bilməsə də, cəldiyi və reaksiyaları sayəsində bu nöqsanları “sığortalaya” bilir. Azərbaycana Qusar “Şahdağ”ında oynamaq üçün gələn Məhəmmədəliyevi “Qarabağ”ın və milli komandamızın “1 nömrə”sinə зevirən də məhz bu keyfiyyətlərdi. Etiraf etmək lazımdı ki, “milliləşdirilən” qapıçı “çərзivə”də özünü xeyli inamlı hiss edir, zaman-zaman yaxşı qurtarışlarla alqış qazanır. Şahruddinin daha bir müsbət tərəfi odu ki, meydanda can qoyur, bəzən qapısını toxunulmaz saxlamaq üçün öz canını belə təhlükəyə atmaqdan çəkinmir. Bununla belə, onun da səhvə yol verdiyi oyunlara rast gəlirik. Özü də son vaxtlar belə səhvlərin sayı xeyli artıb.

Hər bir sahədə rəqabətin olması vacibdi. Şahruddin də millidə və “Qarabağ”da rəqabətin olmamasından əziyyət çəkir. Dağıstanlı qapıçı Emil Balayevi ehtiyat oyunçular skamyasının daimi sakininə çevirib, onu “ehtiyat qüvvə” statusuyla barışdırıb. Xüsusilə də Emilin qapıda dayandığı oyunda “Qarabağ”ın “Səbail”ə 1:3 hesabıyla uduzması onun üçün psixoloji zərbəyə çevrildi, Balayevə etimadı azaltdı. Həmin qarşılaşmadan sonra Qurban Qurbanov da qapıçı seçimində daha diqqətli davranmağa başladı, Şahruddin öz mövqeyini (oxu: hökmranlığını) bir qədər də artırdı. Sonradan bildik ki, bu aralar Emil Balayev zədədən də əziyyət çəkirmiş. Ola bilsin, həmin zədə məşqlərdə ona mane olurmuş, qapıçı özünü göstərməyə зətinlik зəkir, tam gьcьylə məşq edə bilmirmiş. Hər halda, ortada müəyyən səbəblər var. Amma bütün bu səbəblər özlüyündə nəticəni dəyişmir. Görünən odu ki, ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilməklə Emil həm özünü, həm də Şahruddini xeyli geri salıb. Balayev oynama-oynamaya geriləyir, ruh düşkünlüyünə, oyun təcrübəsinin yoxluğunun yaratdığı problemlərə yenik düşür. Məhəmmədəliyev isə rəqabətsizliyin, alternativinin olmamasının “qurbanı”dı. Özünə əmindi ki, nə baş versə də, onu ehtiyata göndərməyəcəklər, növbəti oyunda yenə “çərçivə”ni qoruyacaq. İstəsə də, istəməsə də, vəziyyət belədi. İnsan övladının hissə qapılması təbii hadisədi. Xüsusilə də bizim futbolçuların.

Artıq Qurban Qurbanov da yeni qapıçı axtarışında olduqlarını deyib. Deməli, qış fasiləsində “Qarabağ”ın düşərgəsinə yeni qolkiper qoşulacaq. Özü də böyük ehtimalla əcnəbi olacaq. Emillə Şahruddinin cərrah bıçağı altına uzanması, əməliyyata ehtiyac duyması da qapıçı ehtiyacını daha da artırıb. Proseslər gözlənilən axarda davam etsə, yeni qapıçı əsas heyət üzvünə çevriləcək, Şahruddin isə sağalandan və bərpa prosesini keşəndən sonra öz yerini geri almaq üçün onunla mübarizə aparmalı olacaq. Bu da Balayevin avtomatik üçüncü qapıçıya çevrilməsi deməkdi. Ona böyük hörmətim olsa da, bu məqamı qəbul etməliyik. Belədə Emilin “Qarabağ”ı tərk etmək fikrinə düşməsi də təəccüblü olmaz. Düzdü, Şahruddin sıraya dönənə qədər “Qarabağ”ın ona ehtiyacı hiss ediləcək. Bu həm də o deməkdi ki, Emil həmin məqamdan istifadə edib, mövqeyini möhkəmlədə bilər. Amma “milliləşdirilən” qapıçının da sıraya dönməsiylə rəqabət daha da güclənəcək ki, ondan sonra hadisələrin hansı ssenaridə inkişaf edəcəyini proqnozlaşdırmaq xeyli çətindi.

Şansını möcüzəyə bağlamaq istəməyən istənilən şəxs ilk fürsətdə vəziyyəti öz xeyrinə dəyişməyə, gələcəyi ilə bağlı konkret qərar verməyə çalışar. Bu isə o deməkdi ki, Balayev ilk real təklifi dəyərləndirib, “Qarabağ”dan ayrılmağa, daim oynaya biləcəyi komandaya keçməyə çalışacaq. Mətbuat 27 yaşlı qolkiperlə “Aktöbe”nin maraqlandığını yazır. Qazaxıstan çempionatı Emil üçün heç də yad deyil. Həmyerlimiz Xəzərin o tayında adından söz etdirməyi bacarmış, Kostanay “Tobol”unun heyətində özünü etibarlı qapıçı kimi göstərmişdi. Hər şey onun üçün yaxşı gedərkən “Tobol”a erməni Qriqori Babayanın baş məşqçi təyin olunması vəziyyəti kökündən dəyişdi. Düzdü, erməni mütəxəssis onun üçün futbolçunun milliyyətinin önəm daşımadığını, Balayevə də başqalarıyla eyni gözdə baxacağını deyirdi. Amma onun bu açıqlaması Emil üçün yetərli olmadı, təcili şəkildə “Tobol”u tərk etdi. Biz həmin vaxt onun karyerasını xaricdə davam etdirəcəyini gözləyirdik. Qapıçının Norveçə yollanacağı deyilsə də, bu keçid baş tutmadı. Heç Qazaxıstanın başqa klubları da Emilin etibarlı qapıçı olduğunu, “quru” seriya ilə adını ölkə çempionatları tarixinə yazdığını diqqətə almadı. Belədə Balayev “Tobol”u “Zirə”yə dəyişdi. Növbəti dayanacağı isə “Qarabağ” oldu. Sonrasını hamımız bilirik. Bəlkə qismət bu dəfəyədi, Emil “Qarabağ”ı tərk edib Qazaxıstana yollansa, yenidən tarix yazacaq? Fürsəti də, zamanı da dəyərləndirmək lazımdı.

AMAL


Son xəbərlər

Fransa və İngiltərə 1/4 finalda - YENİLƏNİB

Fransa - Polşa matçının ən yaxşısı müəyyənləşdi

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İngiltərədə itki

Fransa 1/4 finala belə yüksəldi - VİDEO

"O, böyük tennis uğurlarına çatmaq üçün yaranıb"

Verdasko yarışlardan kənarlaşdırıldı

Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Zirədə 3 qol - VİDEO

Rəşad Sadıqov: "Orxan Məmmədova deyirəm ki, bəlkə lazım olanda 10-15 dəqiqə bizim komandada oynayasız"

Ayxan Abbasov: "Qış fasiləsində rəhbərliklə danışığımız olacaq"

"Zirə" və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

"Sumqayıt"ın mövsümdə ilk qələbəsi - VİDEO

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

"Əsas hədəflərimdən biri millinin şərəfini qorumaqdı" - "Şamaxı"nın ulduzu

Rahid Əmirquliyev: "Bu vəziyyətdən çıxmağa çalışırıq"

Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"

Samir Abasov: "Turnir cədvəlinə baxıb, imtina edənlər var"

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

"Futbol məkanını pis günə qoyanlar evlərində, həyət-bacalarında bunu etməzlər"

Kevin Dürant 8-ci pilləyə yüksəldi

Elmar Baxşıyev: “Sanki mənə futbolçular təqdim olunur, geri çevirirəm”

Makdevid 40 xal həddinə hamıdan tez çatdı

"Qarabağ"dan həbs olunan azarkeşləri ilə bağlı rəsmi AÇIQLAMA

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Martino Meksika yığmasından ayrıldı

"İmarət" həbs olunan üzvləri ilə bağlı bəyanat yaydı

Millimizdən ardıcıl iki məğlubiyyət

"Kəpəz" daha bir futbolçunu ikinci komandaya göndərdi

İdmançımız birinci oldu

AGİN-in balansında olan komplekslərdə fərqli mühafizə və təhlükəsizlik sistemi var

Pelenin kliniki vəziyyəti sabitdi

Uayt ölkəsinə niyə qayıdıb?

Azər Bağırov bir neçə futbolçunu izləyir

“Son hədd 24 mərhələdi”

ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

Məqsəd üçün əlamətdar tur

“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

Emma Radukanu ordenlə təltif olundu

Qətərlilər almanları ələ saldı

Yaponiyalı basketbolçunun baldırı dartılıb

“Beşiktaş” başqanı TFF-dən nə tələb etdi?

Bütün xəbərlər