Avropanın bir sıra nəhəng klublarının hədəfində olan Joao Palinya “Sportinq”ə sadiq qalıb.
"Football-plus.az" saytının məlumatına görə, Portuqaliya klubu oyunçusunu qorumaq üçün onunla müqaviləni yeniləyib. 26 yaşlı yarımmüdafiəçi lissabonluların formasını 2026-cı ilə qədər qoruyacaq. Palinya bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 19 matçda 2 qol vurub. Onun Portuqaliya yığmasında 12 oyun keçirdiyini də xatırladaq.