Əlcəzair futbolunda faciəvi hadisə baş verib.
"Football-plus.az" saytının məlumatına görə, “Saida” klubunun kapitanı Sofiane Lokar dünyasını dəyişib. 30 yaşlı futbolçu ölkə çempionatının ikinci divizionunda “Orand”la keçirilən oyun zamanı komandasının qapıçısı ilə toqquşub. Təcrübəli futbolçu tibbi yardım alandan sonra yenidən meydana qayıdıb. Lakin təxminən 10 dəqiqə sonra ürəktutması keçirərək qazona yıxılıb. Sofiane xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib...