Moldova millisinin baş məşqçi postundan ayrılan Roberto Bordin İtaliya mətbuatına açıqlama verib.
"Football-plus.az" saytın, “Neftçi”nin sabiq çalışdırıcısı Kişinyovda baş tutan Moldova – Azərbaycan (1:0) matçını xatırlayıb:
"Moldova ilə müqaviləm fevraldan noyabr ayına kimi idi. Artıq hər şey başa çatıb. Millidəki inkişafdan razı qaldım. 2 qələbəsiz oyundan sonra Azərbaycanla matçda istədiyimizə çatdıq. Öncələr 1 il yarım “Neftçi”də çalışmışam. Hazırda Azərbaycan komandasını Canni De Byazi çalışdırır. Bu mənada Azərbaycanla oyun əsl derbi idi. 2 illik qələbəsizlikdən sonra yoxlama görüşündəki qələbəyə görə tribunada sevinən insanları gördüm. İndi pauza götürmüşəm, gözləyirəm. “Şerif” və “Neftçi”də beynəlxalq təcrübə qazanmışam. Bu, çox vacibdi. Geridə qalan illərə görə şadam".