Ötən saylarımızın birində Region Liqasında çıxış edən Quba “Şahdağ”ının AFFA-ya müraciət edərək komandanın adını və təmsil etdiyi bölgəni dəyişmək istədiyini xəbər vermişdik.

Bir daha xatırladaq ki, iki klub arasında əldə olunan razılığa əsasən “Şahdağ” bundan sonra “Uğur” adlanacaq və Sumqayıtı təmsil edəcək. Onu da qeyd edək ki, “Uğur” Region Liqasının ikiqat qalibidi, sadəcə, cari mövsümün əvvəlində sumqayıtlılar maliyyə problemi yaşadığından 2021/22 “futbol ili”ndə iştirakdan imtina etmişdi.

Bu məsələnin necə həll olunacağını öyrənmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyevlə danışdıq.

- “Şahdağ”ın ad və məkan dəyişməklə bağlı müraciətinə nə vaxt baxılacaq?

- İlk növbədə müraciət edən tərəf dəyişikliyin nədən qaynaqlandığını əsaslandırmalıdı. Bundan sonra AFFA-nın hüquq şöbəsi rəy verməlidi. Bu proseslər geridə qalandan sonra İşçi Qrup sözügedən məsələyə baxa bilər. Yəni burda söhbət təkcə müraciətdən getmir. Əsas olmalıdı.
- Böyük ehtimalla “Şahdağ” maliyyə problemi ilə üzşləşdiyinə görə bu addımı atmağa qərar verib. Mövsümün əvvəlində Quba təmsilçisi sizə zəmanət məktubu təqdim etmişdi?

- Region Liqasında çıxış edən bütün komandalar kimi, “Şahdağ” rəhbərliyindən də zəmanət məktubu almışdıq.

- Sizə elə gəlmir ki, bir komandaya güzəşt edəcəyiniz halda, başqaları da bundan istifadə edəcək? Yəni sabah maliyyəsi tükənən hansısa komanda da eyni addımı atmaq eşqinə düşəcək...

- Ona görə də ilk növbədə “Şahdağ” rəhbərliyindən müraciətin əsaslandırılmasını istəyirik. Hələ bilinmir ki, ad və məkan dəyişikliyinə icazə veriləcək, ya yox. Hər şey düşündüyünüz qədər asan deyil. Hüquqşünasların rəyi olmadan bu addımı atmaq qeyri-mümkündü. Belə məsələlər hüquqi müstəvidə həll olunur.

- AFFA-nın müxtəlif yaş qrupları arasında təşkil etdiyi liqalarda vəziyyət necədi? Bizdə olan məlumata görə, bölgələrdə bir çox komandalar oyunlara gəlmədiklərinə görə çempionatdan kənarlaşdırılıblar. Bunun kökündə isə yenə maliyyə durur.

- Ümumilikdə liqalarda durum qənaətbəxşdi. Ola bilsin, 2-3 komanda siz deyən səbəbə görə turnirdən kənarlaşdırılıb. Ancaq hazırda müxtəlif yaş qrupları arasında təşkil olunan çempionatlarda 400-dən artıq komanda mübarizə aparır ki, onların da xərclərini AFFA qarşılayır. Bu yöndə heç bir problem yoxdu.

- Ötən il paytaxt zonasının oyunları şəhərin mərkəzində yerləşən, daha dəqiq desək, Azadlıq prospektindəki köhnə “Neftçibaza”da keçirilirdi. Ancaq bu ildən yarışlar Hövsanda təşkil olunur ki, bu da bəzi valideynlər tərəfindən narazılıqla qarşılanıb. Onlar yolun uzaq olmasından şikayətçidilər.

- Dediyiniz bazada meydanın örtüyü sıradan çıxıb. Xatırlayırsızsa, ötən il AFFA-nın içraçı vitse-prezidenti Elxan Məmmədov da çıxışlarının birində bu məsələyə toxunmuşdu. Hövsandakı kompleksdə meydan yaxşı vəziyyətdədi. Bundan başqa, valideynlər övladlarının oyunlarını tribunada oturub izləyə bilirlər. Orda şərait istənilən səviyyədədi. Onu da nəzərə alın ki, liqaların oyuları şənbə-bazar günləri keçirilir. Matçlar səhər saat 9-da başlayır və 4-5-ə qədər davam edir. Bu yükləmələrə hər meydan davam gətirmir. Hövsandakı kompleksin süni örtüyü isə tələblərə cavab verir.

- Digər yaş qrupları ilə müqayisədə U-9-da yarışlara noyabrın sonunda start verilməsi də söz-söhbətə səbəb oldu. Valideynlər azyaşlıların turnirinin daha tez, havalar xoş olan aylarda keçirilməsini istəyirlər.

- Hamının fikrinə hörmətlə yanaşırıq. Ancaq elə nüanslar var ki, onları da nəzərə almaq lazımdı. Bu yaş qrupunda çıxış edən uşaqların çoxu məktəb açılandan sonra futbol bölmələrinə üz tuturlar. Belədə onların qeydiyyatı, komandaların formalaşması üçün müəyyən vaxt lazımdı. Həmin zaman da gəlib noyabra çıxır. O vaxta kimi biz başqa yaş qruplarının çempionatına başlayırıq. Odu ki, hər xırdalığı nəzərə alıb, bizi də başa düşmək lazımdı.

RƏŞAD

Son xəbərlər

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

AFFA "Qarabağ" və "Neftçi"ni azarkeşlərinə görə 4 min manat cərimələdi

Bütün xəbərlər