Özbəkistanda ilin ən yaxşı futbolçusunun kimliyinə aydınlıq gəlib.
"Football-plus.az" saytının məlumatına görə, bu nominasiyanın qalibi Eldor Şomurodov olub. “Roma”nın hücumçusu jurnalistlər arasında keçirilən sorğunun qalibi olub. 26 yaşlı futbolçu karyerasında 2-ci dəfə ölkəsində bütün həmkarlarını arxada qoyub. Eldor 2019-cu ildə də analoji sorğuda 1-ci yeri tutmuşdu.