Srağagün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 5 illiyi və ilin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə qurumun direktoru Şəfəq Hüseynli ölkəmizdə idman dəyərlərinin qorunması üçün milli və beynəlxalq səviyyədə proseslərin həyata keçirilidiyini qeyd edib. O, agentliyin beşillik fəaliyyəti dövründə 6260 dopinq testinin həyata keçirildiyini vurğulayıb.
Şəfəq xanımın “il ərzində 19 icraatın aparıldığı 11 idman növündən biri də futboldu, həmin iş üzrə xitam qərarı verilib, ad çəkməyi məqsədəuyğun saymıram” ifadəsi diqqətimizi зəkdi. Maraqlıdı, hansı klubun futbolçusu dopinq qəbul edib?
Bunu öyrənmək üçün premyer-liqada çıxış edən 8 klubun mətbuat xidməti ilə ələqə saxladıq. Onların beşindən cavab almaq mümkün oldu. “Səbail”, “Sabah”, “Keşlə”, “Zirə” və “Qəbələ”nin nümayəndələri qətiyyətlə “yox” dedilər. “Qarabağ”, “Neftçi” və “Sumqayıt” isə sualımızı cavabsız buraxdı.
SƏNƏM FƏRHADOVA