Yanvarın 15-də Antalyaya yollacanacaq “Qəbələ”nin daha bir rəqibinin adına aydınlıq gəlib.
Premyer Liqada qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan əyalət təmsilçisi “Teplitsa” ilə qarşılaşacaq.
“Qırmızı-qaralar” Çexiyadan olan sparrinqlə yanvarın 24-də üz-üzə gələcək.
Elmar Baxşıyevin çalışdırdığı kollektiv 10 gün Antalyanın Belek bölgəsində məskunlaşacaq və 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Qəbələlilər “Teplitsa”dan savayı, Rumıniyadan “Krayova-1948“ ilə görüşəcək.