Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (BFTSF) 2021-ci ilin Afrika zonası üzrə rəmzi komandasını tərtib edib.
Ən yaxşı “11-lik”də Seneqal yığması daha çox – 4 futbolçu ilə təmsil olunub. İlin rəmzi komandasına aşağıda adları qeyd olunan oyunçular layiq biliniblər:
Qapıçı: Eduard Mendi (Seneqal, “Çelsi”).
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, PSJ), Kalidu Kulibali (Seneqal, “Napoli”), Əli Maalul (Tunis, “Əl-Əhli”).
Yarımmüdafiəçilər: Amadu Haydara (Mali, “Leyptsiq”), İdrissa Geye (Seneqal, PSJ), Frank Kessi (Kot d’İvuar, “Milan”).
Hücumçular: Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”), Məhəmməd Salah (Misir, “Liverpul”), Sebastyen Halle (Kot d’İvuar, “Ayaks”), Sadio Mane (Seneqal, “Liverpul”).