“İnter”də aparıcı futbolçularla müqavilənin yenilənməsi prosesi davam edir.
Rəhbərlik Federiko Dimarko ilə danışıqlarda müsbət nəticəyə nail olub. 24 yaşlı müdafiəçi müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni anlaşmaya qol çəkib. Onun əvvəlki müqaviləsi 2023-cü ildə qüvvədən düşəcəkdi. Milan klubunun yetirməsi olan Federiko bu mövsüm İtaliya çempionatında 18 oyunda meydana çıxıb və 2 qol vurub.