Coşua Kimmixin səhhəti ilə bağlı növbəti xəbər yayılıb.
“Bavariya”nın yarımmüdafiəçisi noyabrın sonunda koronavirusa yoluxduğu üçün bir neçə həftə yaşıl meydanlarda görünməyib. Virusdan sağalandan sonra futbolçunun ağciyərlərində problem ortaya çıxmışdı. Onu da xatırladaq ki, Coşua sonuncu dəfə rəsmi oyunda noyabrın 6-da meydana çıxıb.
Son xəbərdə 26 yaşlı Kimmixin artıq səhhətindəki problemdən qurtulduğu və tədricən məşqlərə başlayacağı qeyd edilir. Komandada mövsümün ikinci dövrəsinin hazırlıq prosesinə yanvarın 2-də start veriləcək.