“Mançester Siti”nin oyunçusu Ferran Torresin məsələsinə böyük ölçüdə aydınlıq gəlib.
O, karyerasını vətəni İspaniyada davam etdirəcək. Əksər mənbələr 21 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə razılığa gəldiyini xəbər verib. İspaniya klubunun keçidi bazar ertəsi rəsmən açıqlayacağı və çərşənbə axşamı Ferranın təqdimatını keçirəcəyi bildirilib. “Barselona”nın gənc futbolçu üçün “Mançester Siti”yə 55 milyon avro ödəyəcəyi də məlum olub. Razılaşmanın şərtinə görə, İngiltərə klubunun 10 milyon avroluq bonus qazanmaq imkanı da olacaq.
Torres yeni klubu ilə uzunmüddətli müqaviləyə qol çəkəcək. O, “Mançester Siti”yə 2020-ci ildə “Valensiya”dan keçib.