''Yuventus''un əfsanələri belə desək, Kriştiano Ronaldonun arxasınca danışmaqda davam edirlər.
Daha öncə Corcio Kyellini ''Kriştianonun tez ayrılması bizim üçün daha yaxşı olardı'' demişdisə, Leonardo Bonuççi ''biz düşünürdük ki, Ronaldo ''Yuventus''a təkbaşına qələbələr qazandıracaq'' açıqlamasını vermişdi. Ünlü portuqaliyalının üçillik ''Yuve'' karyerasını uğursuz adlandırmaq olmaz.
Turin nəhəngi bu müddətdə 2 dəfə A seriyasının qalibi oldu və Ronaldo özü 100-dən çox qol vurdu. Amma komanda əsas titulu, yəni Çempionlar Liqasını qazana bilmədi. Hətta Ronaldonun hər 3 mövsümündə ''Yuve'' 1/4 finaldan uzağa gedə bilmədi. Bu dəfə Ronaldonu xatırlayan ''Yuve''nin digər əfsanəsi Canluici Buffon olub. Hazırda B seriyasında çıxış edən ''Parma''nın şərəfini qoruyan və yanvarın 28-də 44 yaşı tamam olacaq Buffon bunları deyib: