Robert Levandovski ilin futbolçusu sayılıb.
"The Guardian" nəşrinin versiyasında ikinci yerə Lionel Messi layiq görülüb. Robert Levandovski "The Guardian"ın versiyası üzrə ilin futbolçusu adına ardıcıl ikinci il sahib çıxıb. Bu mövsüm 33 yaşlı hücumçu Almaniya Bundesliqasında 17 oyuna 19 qol vurub.