Lionel Messi bu mövsüm karyerasının ən pis nəticələrini göstərib.
33 yaşlı hücumçu PSJ-nin heyətində Liqa 1-in ilk dövrəsini yalnız 1 qolla başa vurub. Messi ölkə çempionatında meydana çıxdığı 11 oyunda qapıya məhz bir dəfə yol tapıb və 4 məhsuldar ötürmə edib. O, bu göstəricilərə əsasən karyerasının ən zəif ilk dövrəsini keçirib.
Maraq üçün Lionelin ötən mövsüm çıxış etdiyi “Barselona”da 47 oyuna 38 qol vurduğunu və 11 məhsuldar ötürmə etdiyini xatırladaq. Nə qədər qəribə görünsə də, argentinalı futbolçu cari mövsümdə Fransa çempionatında bu göstəricilərə baxmayaraq, 7-ci dəfə “Qızıl top” mükafatını qazanıb…