Tennisçi Aleksandr Zverev Almaniyada ilin idmançısı sayılıb.
Mükafatın təqdimat mərasimində onu böyük qardaşı Mişa dəstəkləyib. Bildyiniz kimi, Zverev bu il Tokio Olimpiadasının qızıl medalını qazanıb, ATP 500 seriyalı iki turnirdə, eləcə də ATP-nin yekun turnirində qalib gəlib. Yüngül atlet Malayka Mihambo ilin ən yaxşı qadın idmançısı sayılıb. “İlin komandası” nominasiyasında mükafat Almaniyanın qadınlardan ibarət veloidman yığmasına çatıb.
Hazırda dünya sıralamasında 3-cü tennisçi olan Zverev cari mövsümü belə dəyərləndirib:
“Son yarımildə Cokoviç və Medvedevlə birgə dominantlıq etdik. Düşünürəm ki, gələn mövsüm də belə olacaq. Builki mükafatlar mənə özünəinam bəxş etdi, psixoloji planda çox şeyə nail oldum. Özümü sakit hiss edirəm, maksimumu göstərməyə hazıram”.