Braziliya çempionatının yenicə sona çatan mövsümünü baş məşqçisiz başa vuran “Flamenqo” bu problemi həll etməyə çalışır.
Son xəbərlərdə Rio de Janeyro klubunun Renato Qauşunun yerinə iki namizəddən birinə üstünlük verəcəyi bildirilir.
Paulu Souza tezliklə Polşa yığmasını tərk edə bilər. Tanınmış jurnalist Nikolo Skiranın verdiyi məlumata görə, 51 yaşlı mütəxəssis ilə “Flamenqo” arasında aparılan ilkin danışıqlar müsbət nəticələnib. Paulu Souzanın “2+1 il” sxemi üzrə müqavilə bağlamağa razılıq verdiyi bildirilir.
Braziliya klubu Ruy Vitoriya ilə də danışıq aparır. Xatırladaq ki, portuqaliyalı məşqçi bir neçə gün əvvəl “Spartak”dan istefaya göndərilib.