Böyük ümidlərlə "Bursapsor"s transfer olunan Namik Ələskərovun işləri yaxşı getmir.
Azərbaycan millisinin üzvünün komandası TFF 1-ci liqada 17 tura 18 xal toplayaraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Buna baxmayaraq 26 yaşlı futbolçu meydana çıxdığı 14 qarşılaşmada 4 qol vurub, 4 ötürmə verib. Hazırda çempionat fasiləyə yollanıb. Düzdü, "Bursaspor"un pley-off vasitəsi ilə superliqaya yüksəlmək şansı var. Amma bu, çətin görsənir. Görəsən, futbolçumuza başqa klublardan təklif var? Azərbaycan millisinin üzvünü qışda komandasını dəyişə bilərmi?
Suallarımızı Namik Ələskərovun meneceri Vaqif Heydərliyə ünvanladıq: