Premyer-liqanın 14 turunda 10 xal yığaraq sonuncu olan "Səbail"in qış planı bəlli olub.
Bu məlumatı klubun icraçı-direktoru Fərəc Əliyev verib. "Futbol+"ə açıqlama verən qəsəbə təmsilçisinin rəsmisi hazırlıq planı haqda bunları dedi:
"Çox böyük ehtimal təlim-məşq toplanışını Bakıda keçirəcəyik. Amma toplanış nə zaman başlayacaq hələ ki, deyə bilmərəm. Futbolçularımızdan kiminləsə yolları ayırmaq niyyətində deyilik. Oyunçularımızdan hansısa da bizdən sağollaşmaq istəməyib. Ümumiyyətlə. komanda ilə bağlı hər şey yaxın günlərdə bəlli olacaq".