Stanislav Çerçesovun karyerasını Macarıstanda davam etdirəcəyini xəbər vermişdik.
Rusiya yığmasının sabiq çalışdırıcısı “Ferentsvaroş”a təyinatı bu günlərdə rəsmiləşmişdi. Onu da xatırladaq ki, Budapeşt klubu dekabrın 13-də Peter Ştögeri baş məşqçi vəzifəsindən istefaya göndərmişdi. Maraqlıdı ki, komanda hazırda Macarıstan çempionatında 1-ci yeri tutur.
Çerçesovun eyni zamanda Macarıstan yığmasını çalışdırmaq şansı da var. Bu fikri agent Timur Qurtskaya səsləndirib. O, 58 yaşlı mütəxəssisin tezliklə yerli milli komandaya təyinat ala biləcəyini deyib.