Real”da koronavirusla bağlı vəziyyət bir qədər də gərginləşib.
Komandanın daha iki futbolçusunun - İsko ilə David Alabanın koronavirus testi müsbət nəticələnib. Onlar hazırda ev şəraitində karantindədilər. Bu səbəbdən La Liqanın dünən keçirilən “Atletik”lə oyununda (2:1) komandaya kömək edə bilməyiblər. Xatırladaq İsko ilə Alabadan əvvəl Luka Modriç, Marselo, Andrey Lunin, Rodriqo, Marko Asensio, Qaret Beyl və məşqçi Davide Ançelotti də koronavirusa yoluxmuşdular.