Manuel Pelleqrini “Betis”i daha bir neçə il çalışdıracaq.
İspaniya klubu baş məşqçi ilə müqaviləni yeniləyib. Sevilya şəhərinin təmsilçisinin rəsmi saytının xəbərinə görə, çilili mütəxəssisin yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədərdi. 68 yaşlı məşqçi “Betis”i 2020-ci ildən çalışdırır. Onun komandası hazırda La Liqada 18 oyuna 33 xalla 3-cü yerdədi. Xatırladaq ki, “Betis” Pelleqrininin rəhbərliyi altında keçirdiyi ilk mövsümü 6-cı yerdə başa vurmuşdu. Çilili komandanın tarixinə ən yüksək qələbə faizinə malik məşqçi kimi düşüb.