“Futbol+” ənənəsinə sadiq qalaraq ümumilli sorğuya start verir.
Yenə ilin ən yaxşı futbolçusu ilə yanaşı, idmançısının da adına aydınlıq gətirəcəyik. Düzdü, 2020-də idmançını seçmədik ki, bunun da bəlli səbəbi var. Pandemiyaya görə əksər yarışlar, hətta 4 illinin ən böyük turniri sayılan Olimpiada təxirə salınırsa, hansı seçimdən danışa bilərik? Təsadüfi deyil ki, Gənclər və İdman Nazirliyi də bu məsələdə ilk dəfə səssiz qaldı. İndi isə bu yöndə ciddi problem olmadığından seçim imkanı da genişdi.
Əlbəttə, ilin əsas hadisəsi Yay Olimpiya və Paralimpiya Oyunlarının birillik fasilədən sonra Tokioda baş tutması oldu. İdmançılarımız Avropa və dünya çempionatları, başqa beynəlxalq turnirlərdə də gücünü sınadı. Bununla belə, namizədləri müəyyənləşdirərkən, tam təbii olaraq, iki böyük yarışda qeydə alınan nəticələrə üstünlük verdik. Olimpiyaçılarımız zəif çıxışla yadda qalsalar da, hər halda, 7 medalçının siyahıda yer alması normal qarşılanmalıdı. Böyük uğura imza atan paralimpiyaçılardan isə iki nəfərin çıxışı xüsusilə parlaq alındı ki, onları siyahıya salmamaq haqsızlıq olardı. Son namizəd kimi isə, gənc yaşına rəğmən, 2021-də həm Avropa, həm də dünya çempionatında fəxri kürsüyə yüksələn pəhləvana yer verdik. Onu da əlavə edək ki, iki il öncə sorğumuzun qalibi Teymur Rəcəbov olmuşdu. Bu dəfə nə şahmat, nə də cüdo və takevondodan siyahıda yer alan olmadı.
Beləliklə, sizi 2021-ci ilin ən yaxşı idmançısı olmağa namizəd “10-luq” ilə tanış edirik:
1. Hacı Əliyev – sərbəst güləş (Tokio-2020-nin gümüş medalçısı)
2. İrina Kindzerska – cüdo ("World Masters” turnirinin gümüş, Tokio-2020-nin bürünc medalçısı)
3. İrina Zaretska – karate (Avropa və dünya çempionu, Tokio-2020-nin gümüş medalçısı)
4. Alfonso Dominges – boks (dünya çempionu, Tokio-2020-nin bürünc medalçısı)
5. Mariya Stadnik – qadın güləşi (Avropa çempionu, Tokio-2020-nin bürünc medalçısı)
6. Lamiyə Vəliyeva – paraatletika (Tokio-2020-nin qızıl və gümüş medalçısı, paralimpiya rekordçusu)
7. Rafael Ağayev – karate (Avropa çempionatı və Tokio-2020-nin gümüş, dünya çempionatının (komanda) bürünc medalçısı)
8. Rafiq Hüseynov – yunan-Roma güləşi (dünya çempionu və Tokio-2020-nin bürünc medalçısı)
9. Roman Saley – paraüzgüçü (Tokio-2020-nin üçqat çempionu)
10. Sənan Süleymanov – yunan-Roma güləşi (dünya çempionatının gümüş, Avropa çempionatının bürünc medalçısı)