Hazırda ölkə futbol ictimaiyyətini maraqlandıran bir sual var:
Mahir Emreli “Legiya”dan ayrılacaq, ya yox? Azərbaycanlı futbolçu Varşava təmsilçisinin fanatlarının hücumundan sonra klubla vidalaşmaq istəyir. Maraq üçün qeyd edək ki, “Legiya”nın hazırkı baş məşqçisi Aleksandr Vukoviç azərbaycanlı hücumçu ölkəmizə qayıtmamışdan öncə onunla söhbətləşib.
“Futbol+”in redaksiyasına görüşlə bağlı ilginc informasiya daxil olub. Belə ki, Mahir Emreli baş məşqçi ilə yaşanan problemi müzakirə edib, komandanın mövcud durumu haqda fikirlərini bölüşüb. Yekunda həm baş məşqçiyə, həm də klub rəhbərliyinə “Legiya”dan ayrılmaq istədiyini bildirib. Bundan əlavə, millimizin üzvü şəxsi və tanıdığı menecerlərə Avropada çıxış etmək üçün ona klub tapmalarını söyləyib. Futbolçu qış fasiləsinin sonuna kimi problemin həllini istəyib.
İLKİN SULTANLI