UFC prezidenti Dana Uayt irlandiyalı Konor Makqreqorun titul döyüşünə çıxmaq şansı ilə bağlı fikirlərini bölüşüb:
“Reytinqə baxsaq, görürük ki, Konor Makqreqor 9-cu pillədə qərarlaşıb. Onun dönəcəyi vaxt qüvvələr nisbətinin necə olacağını heç kim bilmir. Düzünü desəm, Konorun dərhal titul uğrunda döyüşüb-döyüşməyəcəyi ilə bağlı suala indi cavab verə bilmərəm. Sadəcə, ona görə ki, bunu bilmirəm. Konor lap əvvəldən istənilən rəqiblə və istənilən vaxt döyüşməyə hazır olan oğlan idi. O, bunu həmişə sübut edib”.
33 yaşlı Makqreqor hazırda UFC turnirində Dastin Porye ilə döyüşdə aldığı ayaq zədəsinin müalicə-bərpa prosesi ilə məşğuldu.