İspaniyalı dünya ulduzu Rafael Nadal Avstraliya Açıq Tennis Turnirini buraxa biləcəyi ilə bağlı açıqlama verib:
“Komandamla danışmağa ehtiyac var. Əbu-Dabidəki turnirdən sonra “bədənimin özünü necə aparacağına” baxacağıq. Avstraliyaya getməyi planlaşdırıram, ancaq buna 100 faiz əmin deyiləm. Hələ düşünmək üçün vaxt var. Bəzi məqamları yaxşılaşdırmaq lazımdı”.
Xatırladaq ki, avqustda ayağından zədə alan Nadal tennis mövsümünü bitirib. Ancaq dekabrda korta dönərək Əbu-Dabi turnirində çıxış edib. Avstraliya turniri isə yanvarın 17-də Melburnda start götürəcək.