Çiro İmmobile koronavirusa yoluxub.
"Football-plus.az" saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti xəbər yayıb. Komandadan təcrid olunan futbolçu karantinə alınıb. Onun İtaliya çempionatında “Venetsiya”ya qarşı keçiriləcək matçda iştirak etməyəcəyi bildirilib.