Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilməsinə görə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
"Football-plus.az" saytının məlumatına görə, məşqçi hər il ənənəvi olaraq "komanda.az"ın keçirdiyi sorğuda bu mükafata layiq görülüb. Çalışdırıcı Nurlan İbrahimovla bağlı məsələ haqda da danışıb:
"Nurlan İbrahimovun cəzalanması ilə bağlı fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz - Azərbaycan jurnalistləri və mütəxəssisləri üçün xoş deyil. Hər halda yaxşı tərəfini düşünək. Çox istərdim ki, bu məsələ bitsin, İbrahimov yenidən sıralarımıza qayıtsın. Klub olaraq, Nurlanla münasibətimiz pis deyil. O, hamımızla ünsiyyətdə olur. Məncə, klub heç nəyə "yox" deməz. "Qarabağ" hər zaman onun arxasında olacaq. Eləcə də hamımız".