Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilməsinə görə keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
"Football-plus.az" saytının məlumatına görə, məşqçi hər il ənənəvi olaraq "komanda.az"ın keçirdiyi sorğuda bu mükafata layiq görülüb. Çalışdırıcı qapıçı axtarışında olduqlarını bildirib:
"Yeni qapıçı axtarışındayıq. Tez qərar vermək bizim üçün çətindir. İşimizi maksimum sürətləndiririk. Yaxın günlərdə hər hansı nəticə əldə etməyə çalışırıq".
Mütəxəssis Rüstəm Əhmədzadənin keçidinə də toxunub:
"Əvvəldən belə bir fikrimiz var idi. Milliyə cəlb olunduqdan sonra diqqətimi cəlb etmişdi. Həm ukrayna Premyer Liqasında, həm də yığmadakı oyunlarını izləyirdim. Böyük potensialının olduğunu gördüm və komandaya dəvət etdim".