Yanvarda Niderlandda təşkil olunacaq Avropa çempionatına hazırlaşan futzal yığmamız dekabrın 18-də və 19-da Bakıda Ukrayna ilə yoxlama görüşündə üz-üzə gəldi.

Joza Alesio Da Silvanın çalışdırdığı komanda iki qarşılaşmada qapısında 9 görüb, yalnız bir dəfə qonaqları məyus etməyi bacardı.

Açığı, futzalçılarımızın ukraynalılarla görüşlərdə bu qədər zəif təsir bağışlayacağını gözləmirdim. Deyəsən, böyük futbolda olduğu kimi, futzalda da mövqeyimizi əldən vermək üzrəyik. Əslində dərindən fikirləşəndə yığmanın zəif təsir bağışlamasında qeyri-adi heç nə yoxdu. Heyətin əsasını ölkənin dəyişməz çempionu “Araz-Naxçıvan”ın futzalçıları təşkil edirsə və onlar da az qala həvəskarların toplaşdığı yüksək liqada çıxış edirsə, komandadan bundan artığını gözləməyə dəyməz. Çempionatın bərbad olması, səviyyənin aşağı düşməsi xüsusilə Ukrayna ilə ikinci görüşün ikinci yarısında özünü göstərdi. Rəqibin təklif etdiyi yüksək sürətə dözməyən futzalçılarımız Hövsanda sanki nokdauna düşən boksçunu xatırladırdı. Elə komandanın baş məşçqçisi də matçdan sonra bu məqamı xüsusi qabartdı:

“İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi”.

Həyatında bir dəfə də olsun, futbol oynayan şəxs bilir ki, güc tükənəndə ayaqlar beyindən gələn siqnalları yerinə yetirə bilmir. Bəs bunun günahı kimdədi? Əmin olun ki, nə sizdə, nə də məndədi. Bütün məsuliyyət futzal üzrə ölkə çempionatını təşkil edən federasiya rəhbərliyində və millinin baş məşqçisindədi. Federasiyanın başbilənləri çempionatın səviyyəsini minimuma endirməklə futzal təsərrüfatını “öldürməkdə”, “Araz-Naxçıvan” və millinin baş məşqçisi isə buna göz yumaraq səsini çıxarmamaqda suçludu. Bu çusun bədəli isə ağır olacaq. Yanvarda milli Niderlandda qrupdan çıxa bilməyəndə hamı “günah keçisi” axtaracaq. Daha fikirləşməyəcəklər ki, ölkədə futzalı keçi otarmalı olanlar idarə edir.


Son xəbərlər

Fransa və İngiltərə 1/4 finalda - YENİLƏNİB

Fransa - Polşa matçının ən yaxşısı müəyyənləşdi

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İngiltərədə itki

Fransa 1/4 finala belə yüksəldi - VİDEO

"O, böyük tennis uğurlarına çatmaq üçün yaranıb"

Verdasko yarışlardan kənarlaşdırıldı

Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Zirədə 3 qol - VİDEO

Rəşad Sadıqov: "Orxan Məmmədova deyirəm ki, bəlkə lazım olanda 10-15 dəqiqə bizim komandada oynayasız"

Ayxan Abbasov: "Qış fasiləsində rəhbərliklə danışığımız olacaq"

"Zirə" və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

"Sumqayıt"ın mövsümdə ilk qələbəsi - VİDEO

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

"Əsas hədəflərimdən biri millinin şərəfini qorumaqdı" - "Şamaxı"nın ulduzu

Rahid Əmirquliyev: "Bu vəziyyətdən çıxmağa çalışırıq"

Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"

Samir Abasov: "Turnir cədvəlinə baxıb, imtina edənlər var"

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

"Futbol məkanını pis günə qoyanlar evlərində, həyət-bacalarında bunu etməzlər"

Kevin Dürant 8-ci pilləyə yüksəldi

Elmar Baxşıyev: “Sanki mənə futbolçular təqdim olunur, geri çevirirəm”

Makdevid 40 xal həddinə hamıdan tez çatdı

"Qarabağ"dan həbs olunan azarkeşləri ilə bağlı rəsmi AÇIQLAMA

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Martino Meksika yığmasından ayrıldı

"İmarət" həbs olunan üzvləri ilə bağlı bəyanat yaydı

Millimizdən ardıcıl iki məğlubiyyət

"Kəpəz" daha bir futbolçunu ikinci komandaya göndərdi

İdmançımız birinci oldu

AGİN-in balansında olan komplekslərdə fərqli mühafizə və təhlükəsizlik sistemi var

Pelenin kliniki vəziyyəti sabitdi

Uayt ölkəsinə niyə qayıdıb?

Azər Bağırov bir neçə futbolçunu izləyir

“Son hədd 24 mərhələdi”

ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

Məqsəd üçün əlamətdar tur

“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

Emma Radukanu ordenlə təltif olundu

Qətərlilər almanları ələ saldı

Yaponiyalı basketbolçunun baldırı dartılıb

“Beşiktaş” başqanı TFF-dən nə tələb etdi?

Bütün xəbərlər