Canluici Buffonun tezliklə vətəni İtaliyanı tərk edəcəyi haqda xəbərlər dolaşır.
Onun “Parma”nı “Spartak”a dəyişəcəyi iddia edilir. Bəzi mənbələrə görə, dünya çempionu bu günlərdə Rusiya klubuna təyinat alan həmyerlisi Paolo Vanolinin təklifini qəbul edib. Lakin 43 yaşlı qapıçının agenti Silvano Martina bu xəbəri təkzib edib: