Məhəmməd Salah mükafatlar kolleksiyasını bir qədər də zənginləşdirib.
“Liverpul”un hücumçusu “Mirror Football”ın “tvitter” səhifəsində keçirilən səsvermədə azarkeşlər tərəfindən premyer-liqada təqvim ilinin ən yaxşı oyunçusuna verilən “Fans Footballer of the Year” (“Azarkeşlər üçün ilin futbolçusu”) mükafatını qazanıb.
Sorğuda 140 min azarkeş iştirak edib. İkinci yeri “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays, üçüncü yeri isə “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes tutub. Səsvermənin nəticələrinə görə ilk “10-luğ”a bu oyunçular da düşüblər: 4. Filip Foden (Mançester Siti), 5. Eduard Mendi (Çelsi), 6. Meyson Maunt (Çelsi), 7. Ruben Diaş (Mançester Siti), 8. Kevin de Bruyne (Mançester Siti), 9. Jorjinyo (Çelsi), 10. Joao Kanselu (Mançester Siti).