Mamadu Kane Qvineya millisinə dəvət olunub.
"Football-plus.az" saytının məlumatına görə, yarımmüdafiəçi Ruanda ilə yoldaşlıq, Malavi, Seneqal və Zimbabve ilə Afrika Millətlər Kubokunun B qrupunun oyunlarına çağırılıb. Sınaq görüşləri yanvarın 2-si və 6-da, qrup qarşılaşmaları, müvafiq olaraq, 10, 14 və 18 yanvarda keçiriləcək.