Türkiyə Superkuboku Qətərdə keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, son çempionu"Beşiktaş"la ölkə kubokunun finalçısı "Antalyaspor" arasında Superkubok oyunu Qətərdə baş tutacaq. Türkiyə Futbol Federasiyasının rəsmi saytı bu barədə məlumat yayıb. Qarşılaşma 2022-ci il yanvarın 5-də "Əhməd Bin Əli" stadionunda oynanılacaq.