Dekabrın 17-də və 18-də AFFA-nın təşkilatçılığı ilə Azərbaycan milli komandalarının və premyer-liqa klublarının həkimləri üçün ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlim keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, təlim zamanı klubların tibbi personalına AFFA tərəfindən ilkin tibbi yardım üçün zəruri olan avadanlıqlar – defibrilyator, oksigen balonu, FIFA və UEFA-nın tələbləri əsasında komplektləşdirilmiş ilkin tibbi yardım çantaları təqdim olunub.
AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və həkimlərin təlimi üzrə ACLS lisenziyasına malik təlimatçı Nabil Seyidovun rəhbərliyi ilə keçirilən təlimin sonunda imtahan təşkil olunacaq, imtahanı müvəffəqiyyətlə verən iştirakçılara diplom təqdim olunacaq.