Norveç millisi qadın həndbolçular arasında dünya çempionatının qalibi olub.
"Football- plus.az" saytının məlumatına görə, İspaniyada təşkil olunan turnirdə Norveç Fransanı 29:22 hesabı ilə məğlub edib. Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha öncəki nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb. Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.